LDPR lideri Vladimir Jirinovski davam edən COVID-19 pandemiyasını "vətəndaş müharibəsi" adlandırıb və "ağlar"ı qələbə çalmağa çağırıb.
Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Jirinovski bu haqda Telegram kanalında yazıb.
"Pandemiya davam edir və bəzən şiddətli forma alır. Bunu vətəndaş müharibəsi ilə müqayisə etmək olar".
MÖVZU İLƏ BAĞLI:
Putin Jirinovskiyə irad tutdu: "Qəmli zarafat edirsən"
Siyasətçi pandemiyanın vətəndaş müharibəsi ilə müqayisəsini belə izah edib: qırmızılar koronavirus, ağlar isə peyvənddir.
"Koronavirus qırmızılardır, onlar hücum edirlər və yalnız problem gətirirlər. Yenə aldadırlar, peyvənd almağa ehtiyac olmadığını deyirlər. Peyvənd isə ağlardır, müdafiədə dayanıb. Çünki qurbanların sayı artmaqdadır. Tezliklə Rusiyada gündə min adam koronavirusdan öləcək”, deyə o, əlavə edib.
Qeyd edib ki, birləşmək və ağların qələbəsini təmin etmək lazımdır.
Səhiyyə naziri Mixail Muraşko Rusiya xəstəxanalarına yerləşdirilən koronavirus xəstələrinin böyük hissəsinin peyvənd edilmədiyini söyləyib:
“Əsasən peyvənd olunmayanlar COVID-19-dan ölür”.
Bizim.Media