Ermənistan parlamentinin deputatı, xarici əlaqələr daimi komissiyasının rəhbəri Eduard Ağacanyan Rusiyanın respublikadakı səfiri Sergey Kopırkinlə Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, dövlətlərarası, hökumətlərarası və regional əməkdaşlıq məsələlərini müzakirə edib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Sputnik Armenia” nəşri yayıb.
MÖVZU İLƏ BAĞLI:
Rusiyanın səfiri Ermənistan-Türkiyə sərhədinə gəldi – NƏDƏN NARAHAT OLUB?
Ağacanyan Facebook-da yazıb ki, görüş zamanı ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin, xüsusən də Rusiya tərəfinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bəndlərini yerinə yetirməyə yönəlmiş səylərindən məmnunluğunu ifadə edib.
"Bu kontekstdə mən də Azərbaycanın addımlarına və üçtərəfli bəyanatda qeyd olunan məqamların pozulmasına işarə etdim. Görüş zamanı erməni hərbi əsirlərin geri qaytarılmasının və dinc əhalinin öz vətənlərinə aparılmasının vacibliyini vurğuladım", - deputat bildirib.
Səfir öz növbəsində qeyd edib ki, Rusiya regionda uzunmüddətli sülhün bərqərar edilməsi prosesində fəal iştirak edir. O, tərəflər arasında "hamını hamıya" prinsipi ilə məhbus mübadiləsinin əhəmiyyətini vurğulayıb.
Danışıqlar zamanı EAEU, MDB, KTMT və bir sıra digər struktur və təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Ağacanyan və Kopırkin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.
Bizim.Media