Gürcüstanda oktyabrın 11-də matəm günü olacaq – Ölənlərin sayı 8-ə çatdı

Hazırda oxunan: Gürcüstanda oktyabrın 11-də matəm günü olacaq – Ölənlərin sayı 8-ə çatdı

40864

Xilasedicilər Batumidə uçmuş evin dağıntıları altından daha iki nəfərin - bir qadının və 11 yaşlı uşağın cəsədini tapıblar.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Sputnik Georgia” nəşri yayıb.

Mənbə yazır ki, üç uşaq da daxil olmaqla ümumi ölənlərin sayı 8-ə yüksəlib. Hazırda bir nəfərin axtarışları davam edir. Bundan əlavə, bir şəxsin vəziyyəti ağır olaraq qalır.

Daha əvvəl bildirilmişdi ki, oktyabrın 8-də günortadan sonra Batuminin 26 May küçəsindəki beşmərtəbəli yaşayış binasının bloklarının biri çöküb.

Gürcüstan Daxili İşlər Nazirliyi çökmə ilə əlaqədar üç nəfəri - birinci mərtəbədəki mənzilin sahibi və orada təmir işləri aparan iki muzdlu işçini saxlayıb. İdarədən verilən məlumata görə, təhlükəsizlik işlərinin kobud şəkildə pozulması ilə təmir işlərini aparıblar və bu da çox güman ki, evin qismən dağılmasına səbəb olub.

Cinayətin cəzası iki ildən on ilədək həbsdir.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib ki, 11 oktyabr ölkədə matəm günü elan edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin