Ermənilər Ermənistanın Baş nazir Nikol Paşinya qarşı etirazın müztəlif formalarına baş vururlar. Bu dəfə isə onlar baş nazirlərinə olan nifrətlərini və qəzəblərini tam fərqli şəkildə ifadə ediblər.
Bizim.Media-nın məlumatına görə, Gümrüdə bir qrup sakin Paşinyanın və onun “Mənim addımım” fraksiyasında təmsil olunan deputatların fotolarını çirkab suların töküldüyü yerə atıblar.
Etirazçılar məkanın təsadüfi seçilmədiyini deyiblər. Çünki həmin kanalizasiya xətti Türkiyəyə axan kiçik bir çaya birləşir.
Bizim.Media