İrakli Qaribaşvili baş nazir postundan nə vaxt gedəcək? – DETALLAR

Hazırda oxunan: İrakli Qaribaşvili baş nazir postundan nə vaxt gedəcək? – DETALLAR

40578

İrakli Qaribaşvilinin 30 oktyabrda ölkədə keçiriləcək ikinci bələdiyyə seçkilərindən sonra Gürcüstanın baş naziri vəzifəsini tərk edəcəyi ehtimal olunur.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Pirveli TV” öz mənbələrinə istinadən yayıb.

Qeyd edilir ki, hakim “Gürcü Arzusu” partiyası oktyabrın 2-də keçirilən birinci turun nəticələrindən narazıdır. 20 şəhərdə partiyanın üzvləri şəhər meri olmaq üçün tələb olunan səslərin 50% -ni toplaya bilməyiblər. Bundan əlavə, bəzi böyük şəhərlərdə hakim partiya proporsional siyahılarda müxalif “Vahid Milli Hərəkat”a uduzub.

“Pirveli” iddia edir ki, partiya bunun üçün seçki kampaniyasına rəhbərlik edən və yay ərzində bölgələrdə seçicilərlə aktiv görüşlər keçirən Qaribaşvilini günahlandırır.

Yayılan məlumatlara görə, artıq Qaribaşvilinin əvəzedicisi tapılıb. Bu kresloda Nazirlər Kabinetinin digər üzvü, Regional İnkişaf və İnfrastruktur naziri, 44 yaşlı İrakli Karseladze əyləşəcək. O, partiyanın qurucusu,  milyarder Bidzina İvanişviliyə məxsus olan “Karta” şirkətinin keçmiş əməkdaşı olub.

“Gürcü Arzusu” Qaribaşvilinin istefası ilə bağlı məlumatı təsdiqləmir. 

Parlament çoxluğunun üzvləri əmin edirlər ki, müvafiq məsələ komandada müzakirə olunmur.

"Bu, qondarma televiziyanızın başlatdığı mənasız bir kampaniyadır. İrakli Qaribaşvilinin baş nazir vəzifəsindən uzaqlaşdırılması və onun yerinə kiminsə təyin edilməsi məsələsi reallığa söykənmir”. Bunu jurnalistlərə açıqlamasında deputat Anri Oxanaşvili deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin