Ermənistan üçün SON ŞANS – Hərbi əməliyyatlar yenidən başlaya bilər

Hazırda oxunan: Ermənistan üçün SON ŞANS – Hərbi əməliyyatlar yenidən başlaya bilər

40559

“Ermənistan və Gürcüstan 3+3 formatını qəbul etməsə, bölgədə müharibə ehtimalı artacaq”.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski bildirib.

O qeyd edib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun iranlı həmkarı ilə görüşdən sonra səsləndirdiyi Rusiya, Azərbaycan, Türkiyə - Ermənistan, Gürcüstan və İranın iştirakını təmin edən 3+3 formatında əməkdaşlıq səmərəlidir.

Bu, regionda yeni müharibələrin qarşısını alacaq:

“Söhbət ikinci Qarabağ müharibəsindən sonra bölgədə baş verə biləcək kiçik müharibələrdən gedir.

Lavrovun bu cəhdinin nə qədər uğurlu olacağını bilmirəm, amma format yaxşıdır. Ancaq Ermənistanın və ya Gürcüstanın razılaşıb-razılaşmayacağı məlum deyil.

S.Lavrovun təklifi keçərsə, Suriyada çox faydalı olan və Moskva, Tehran, Ankara və Dəməşq arasında hər hansı ciddi maraq toqquşmasının qarşısını alan Astana formatına bənzəyəcəyi mümkündür. Prinsipcə, Astana formatı işləyirmi? İşləyir. Əks təqdirdə, çox ehtimal ki, hərbi əməliyyatlar da daxil olmaqla çox maraqlı şeylər görəcəyik".

Yevgeni Satanovski əlavə edib ki, ATƏT -in Minsk qrupu formatı çoxdan ölüb.

Oral Mədənçi, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin