Erməni diasporu Paşinyanla niyə görüşmək istəmir? – Səfir Moskvada əl-ayağa düşüb

Hazırda oxunan: Erməni diasporu Paşinyanla niyə görüşmək istəmir? – Səfir Moskvada əl-ayağa düşüb

40516

Nikol Paşinyanın Moskva səfəri ərəfəsində Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan Baş nazirlə erməni diasporunun görüşü üçün fəal addımlar atır.

Bizim.Media “aysor.am”a istinadən xəbər verir ki, bu haqda məlumatı “Hraparak" qəzeti yayıb.

"Dünən bizə məlumat verildi ki, Toqanyan şəxsən Rusiya Federasiyasının erməni icmasının nümayəndələrinə zəng vurur və başda erməni iş adamları olmaqla, Rusiyanın nüfuzlu ermənilərindən Paşinyanla görüşdə iştirak etməyə razılıq alır.

Uzun müddətdir ki, Nikol Paşinyanın səfir Toqanyanı əvəz etmək və onun yerinə Vaqarşak Arutyunyanı təyin etmək niyyətində olduğu barədə danışıqlar gedir. 

Toqanyanın bu vəzifəyə 10 mart 2017-ci ildə Serj Sarkisyan tərəfindən təyin edilməsinə baxmayaraq, Ermənistanla Rusiya arasındakı çətin münasibətlər dövründə o, vəzifəsinin öhdəsindən məharətlə gəlir və bu əlaqələrin daha da gərginləşməməsi üçün mümkün olan hər şeyi edir.

İndi əslində səfir dəridən-qabıqdan çıxır ki, Paşinyanın səfəri uğursuz olmasın. 

Qeyd edək ki, hələlik konkret tarixlə bağlı heç bir məlumat olmasa da, yaxın vaxtlarda Paşinyanla Putin arasında görüş planlaşdırılır”, deyə qəzet yazır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin