28 may qeyri-iş günü, 18 oktyabr iş günü olacaq

Hazırda oxunan: 28 may qeyri-iş günü, 18 oktyabr iş günü olacaq

0:00
0:00
40458

“Müstəqillik Günü haqqında” qanun layihəsinin qəbulundan sonra 28 may və 18 oktyabrın iş günü olacağı ilə bağlı məlumatlar yayılıb.

Bizim.Media xəbər verir ki, qanun layihəsinin qəbulundan sonra 28 may - Müstəqillik Gününün qeyri-iş günü, 18 oktyabr - Müstəqilliyin Bərpası Gününün isə iş günü olacağı nəzərdə tutulur.
 

Qeyd edək ki, qüvvədə olan Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, 28 may – Respublika Günü iş günü hesab edilməyən, 18 oktyabr – Dövlət Müstəqilliyi günü isə iş günü hesab edilən bayram günləri olub.


Qanun layihəsi qəbul olunduqdan sonra bayram günlərinin adları dəyişsə də, 28 mayın qeyri-iş, 18 oktyabrın iş günü olması dəyişmir.
 

Xatırladaq ki, Milli Məclisə ölkə Prezidentinin imzası ilə “Müstəqillik Günü haqqında” qanun layihəsi daxil olub.


Qanun layihəsinə əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan olunacaq.

Eyni zamanda Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin