“Bakıdan Naxçıvana quru yol da açılacaq” – Erməni türkoloq nədən qorxuya düşüb?

Hazırda oxunan: “Bakıdan Naxçıvana quru yol da açılacaq” – Erməni türkoloq nədən qorxuya düşüb?

0:00
0:00
40394

Bu səhər Azərbaycanın Ermənistan Respublikasının hava məkanından istifadə edərək Naxçıvana daxili uçuş həyata keçirdiyi məlum olub.

Bizim.Media “aysor.am”a istiandən xəbər verir ki, bu fikirləru özünün Facebook səhifəsində erməni türkoloq Varujan Geqamyan yazıb.

"Bu, əslində, Azərbaycan-Naxçıvan-Türkiyə dəhlizinin ilk komponenti və hava dəhlizidir. Kapitulyator (Paşinyanı nəzərdə tutur) olmasaydı, Azərbaycanda yalnız bir xəyal olaraq qalacaqdı. Bütün bunların əhəmiyyətini bir daha izah edəcəyəm.

1918-ci ildə Azərbaycan dövləti yarananda ilk vəzifə Osmanlı İmperiyası ilə  birbaşa əlaqə yaratmaq idi.

Bunun üçün Naxçıvan, Zəngəzur, Qarabağ əraziləri Azərbaycanın əlində olmalıydı. Buna yalnız qismən nail olundu, Naxçıvan və Qarabağ Azərbaycanın, Zəngəzur Ermənistanın oldu. 

Müstəqillik qazandıqdan sonra nəinki Zəngəzuru qoruya bildik, həm də Qarabağı geri qaytardıq, bununla da dəhliz ehtimalını iki dəfə istisna edərək öz geosiyasi çəkimizi artırdıq. Və bu gün "dəhliz" adlanan bu problemi həll edərkən nəinki Türkiyə Avrasiya super gücünə çevrilir, həm də Azərbaycan əsas vəzifələrini həll etmiş olur - Naxçıvanla birləşir, Zəngəzurun hər iki tərəfindən geniş əraziyə yiyələnir.

2020-ci ildən bəri Ermənistanda fəaliyyət göstərən kapitulyasiya rejimi öz hakimiyyətini qorumaq üçün Türkiyə və Azərbaycanın əsas tələbini yerinə yetirdi və bu ərazilərlə əlaqə yaratmağı təmin etdi.

Dəhlizin hava hissəsi bu səhər rəsmən elan edilib. Bu, bir daha sübut edir ki, Ermənistan Respublikasını faktiki olaraq türkpərəst hökumət idarə edir. Kapitulyatorun (Paşinyan nəzərdə tutulur) fəaliyyəti milli qüvvələrin və xarici tərəfdaşların əməkdaşlığı ilə dayandırılmasa, hava dəhlizindən sonra quru dəhlizinin də növbəsi gələcək” deyə Varujan Geqamyan bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin