“Delimitasiyadan əvvəl sərhədimizi möhkəmləndirməliyik” – Erməni general-mayor

Hazırda oxunan: “Delimitasiyadan əvvəl sərhədimizi möhkəmləndirməliyik” – Erməni general-mayor

40354

Delimitasiya və demarkasiya məsələlərini həll etməzdən əvvəl mövqelərin və sərhədlərin möhkəmləndirilməsi barədə düşünmək lazımdır.

Bizim.Media “aysor.am”a istinadən xəbər verir ki, bunu keçmiş Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının komandanı, general-mayor Armen Abramyan "Joxovurd" qəzetinə verdiyi müsahibəsində deyib.

"44 günlük müharibədən sonra Ermənistanın sərhədi 200 km uzanıb. Bu da sərhədlərin, mövqelərin təchiz edilməsi anlamına gəlir. Tezliklə qış gələcək. Dövlət düzgün iş aparmaq, sərhədi gücləndirmək, hərbçilər və texnikalar üçün binalar tikmək barədə düşünməlidir. Delimitasiya və demarkasiya gələcəyin işidir”, deyə o, qeyd edib.

Keçmiş komandan əmindir ki, delimitasiya və demarkasiya işləri başa çatdıqdan dərhal sonra Azərbaycan qoşunları Ermənistan ərazisini tərk etməyəcək:

“Delimitasiya və demarkasiya üçün vacib şərt, hansı ilin xəritələrinin istifadə olunacağıdır. Prosesin tez bir zamanda keçməsini və bitməsini istəyirlərsə, hansısa tərəf kompromisə getməlidir. Əgər Ermənistanla heç bir problemi olmayan Gürcüstanla 20 ildən artıqdır ki, delimitasiya və demarkasiya aparılırsa, Azərbaycanla bu, ən azı 50 ildən çox davam edəcək. Bu prosesin indiki Ermənistan-Azərbaycan münasibətləri ilə həyata keçirilə biləcəyinə inanmıram”.  

General-mayor vurğulayıb ki, ordu delimitasiya və demarkasiya işinə qarışmamalıdır, bunu diplomatik korpus və Geodeziya İnstitutu etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin