Bidzina İvanişvili həbs zamanı Saakaşviliyə nə deyib? – ŞOK TƏFƏRRÜAT

Hazırda oxunan: Bidzina İvanişvili həbs zamanı Saakaşviliyə nə deyib? – ŞOK TƏFƏRRÜAT

40221

Üçüncü prezident Mixail Saakaşvilinin Gürcüstana gəlişinin eksklüziv təfərrüatları açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu haqda "Xronika Plus" qəzetinin baş redaktoru Eliso Kiladze özünün Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, Bidzina İvanişvili həbs zamanı Mixail Saakaşviliyə zəng vurub.

"İvanişvili ona təklif edib ki, Gürcüstandan getsin. Tutulmayacağını və ölkəyə gəlişi haqda heç kimin xəbəri olmayacağını bildirib. İvanişvili bunun müqabilində seçki güzəştlərinə işarə vurub. Mixail Saakaşviliyə düşünmək üçün on dəqiqə vaxt verib, amma üçüncü prezident rədd cavabı verib. Saakaşvili artıq Gürcüstanda olduğunu, geri dönməyəcəyini, lazım gələrsə həbsxanaya gedəcəyini söyləyib. 

Batumidə lentə alınan videolara gəlincə, səlahiyyətlilər deyirdilər ki, Saakaşvili bu videoları Gürcüstana qayıqla girəndə çəkib.”, - Eliso Kiladze bildirib.

Gürcüstanın üçüncü prezidenti oktyabrın 1-də Gürcüstana gəlib və Batumidə çəkilmiş iki video yayımlayıb.

Gürcüstan hakimiyyəti Mixail Saakaşvilinin ölkə sərhədini keçmədiyini, əslində Ukrayna kurortlarından birində olduğunu bəyan edib. Daha sonra baş nazir Qaribaşvili Mixail Saakaşvilinin saxlanıldığını bildirib. Məlum olub ki, üçüncü prezident bir neçə gün Tiflisdə olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin