Gorus-Qafana alternativ yolla bağlı İrandan Ermənistana DƏSTƏK 

Hazırda oxunan: Gorus-Qafana alternativ yolla bağlı İrandan Ermənistana DƏSTƏK 

40220

İran Ermənistanın Zəngəzur vilayətində (Sünik) Gorus-Qafan yoluna alternativ yolun çəkilişində iştirak edəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb. 

Bildirilib ki, İranın yollar və şəhərsalma nazirinin müavini və Nəqliyyat İnfrastrukturunun Tikintisi və İnkişafı Təşkilatının baş direktoru Xeyrullah Hatəminin başçılıq etdiyi nümayəndə heyəti Tehranın Ermənistanda (Tatev yolu ilə) tranzit yolunun tikintisində iştirakını müzakirə etmək üçün artıq İrəvandadır. 

Daha əvvəl Ermənistan baş nazirinin müavini Suren Papikyanın İran səfiri Abbas Bədəxşan Zohuri ilə Gorus-Qafan avtomobil yolundakı vəziyyəti müzakirə etdiyi barədə məlumat yayılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin