Ermənistan hakimiyyəti İranla yaxşı münasibətlər qurmaqla, bu ölkənin bizimlə dost olduğunu deməklə düzgün siyasət aparır.
Bizim.Media xəbər verir ki, bu fikirləri erməni politoloq Qaqik Keryan aysor.am-a açıqlamasında səsləndirib.
O, Ermənistan baş nazirinin İranla bağlı dünənki bəyanatına münasibət bildirib. Nikol Paşinyan qeyd edib ki, rəsmi İrəvan Tehrana qarşı sui-qəsddə iştirak etməyəcək.
“Müharibədən sonra ölkəmizin regional proseslərdə iştirak etmək və ya onlara təsir etmək imkanı sıfır səviyyəsindədir. Hazırda Ermənistan regionda böyük faktor hesab edilmir. Ölkəmizin sadəcə rıçaqları yoxdur”, deyə politoloq qeyd edib.
Keryanın fikrincə, Cənubi Qafqazda Rusiya, Türkiyə və Azərbaycanın iştirakı ilə yaradılan çətin vəziyyətdə Ermənistan yalnız neytrallığını qoruya, İranla münasibətləri yaxşılaşdıra və ətrafındakı mənfi auranı zəiflədə bilər:
"Ən başlıcası, yeni fəlakətlərin qarşısını almaq üçün Rusiya ilə hərbi-siyasi əməkdaşlığı zəiflətməmək lazımdır”.
Bizim.Media
- A-
- A
- A+
Region
11:22 / 05.10.2021
“Ermənistanın tək ümidi İran və Rusiyadır” – Erməni politoloq
Hazırda oxunan: “Ermənistanın tək ümidi İran və Rusiyadır” – Erməni politoloq
Hazırda oxunan: “Ermənistanın tək ümidi İran və Rusiyadır” – Erməni politoloq
0:00
0:00
40177
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.