Miçigan Universitetinin Ermənistanın Müasir Tarix şöbəsinin keçmiş rəhbəri Jirayr Liparityan BBC-nin Paşiniyanla bağlı sualını cavablandırarkən belə deyib.
Müsahibə zamanı Paşinyan haqqında bir sıra fikirlərə də yer verilib. J.Liparityanın sözlərinə görə, Paşinyan hər hansı bir qərarın Azərbaycan, Qarabağ və Ermənistan xalqları üçün məqbul olduğunu söyləyərkən özünün böyük bir dövlət adamı olduğunu düşünürdü:
“O hesab edirdi ki, regionda toxunulmaz fiqurudur və özündən demokratik lider obrazı yaradırdı və Qərbdən buna görə mükafat gözləyirdi. Bunların reallıqla heç bir əlaqəsi yox idi”.
Liparityan onu da vurğulayır ki, Ermənistanın baş naziri son dövürlər siyasi lider üçün xas olmayan addımlar atırdı. Onun təkəbbürlü çıxışları və qeyri-adekvat addımları ölkəsi üçün faciəvi sonluqla bitdi:
“Xüsusi ilə onun “Qarabağ Ermənistandır” deməsi açıqca təxribat idi”.
Politoloq qeyd edir ki, Beynəlxalq ictimaiyyətin rəyini saya salmamaq, region dövlətləri ilə hesablaşmamaq sonunda acı nəticələr verdi:
“Çünki uduzduğumuz zaman qaçırıq və kömək istəyirik. Onlardan bacarmadıqlarını etmələrini xahiş edirik. Ancaq Prezident Putin və digər dünya liderləri Qarabağın statusunun müəyyənləşdirilmədiyini söylədikdə, bu sözlər Qarabağın müstəqilliyinin mümkün olduğu anlamına gəlmir''.
''Artıq bunun mümkün olmadığını - Qarabağın Azərbaycanın bir hissəsi olduğunu demiş olurlar. Bunu çox açıq şəkildə göstərdilər. Bütün bunlar isə bir tərəfli, balanslaşdırılmamış siyasətin nəticəsi idi”.
Paşinyanın dünya ictimaiyyətini Dağlıq Qarabağın müstəqilliyini tanımağa çağırması haqqında isə bu sözləri deyib:
“Bəhs etdiyim budur - zehniyyət dəyişməyib. Bu, siyasi düşüncəmizin əsas problemidir və bu problemin ən azı 200 yaşı var. O, yeni deyil. Bunu çox sevirik - illüziyaları sevirik. Xəyal qurmaq bizim həyat strategiyamızdır. Sonda məğlub olmağa və onunla barışmağa alışmışıq. Əldə edə biləcəyimiz hər şeyli itirdik.”
Jirayr Liparityan sonda bildirib ki, ən pisi, Azərbaycanın nə verə biləcəyini və ya verə bilməyəcəyini anlamağa və öyrənməyə çalışmadıq. Sadəcə qərara gəldik ki, Azərbaycan bizə dəyərli bir şey verə bilməz.
Bizim.Media