Paytaxtda atmosfer çirklənməsi azalıb? - AÇIQLAMA

Hazırda oxunan: Paytaxtda atmosfer çirklənməsi azalıb? - AÇIQLAMA

40126

Atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə 1-4 oktyabr tarixlərində Bakı, Sumqayıt və Gəncə şəhərlərinin müxtəlif ərazilərində monitorinqlər həyata keçirilib, havada dispers toz hissəciklərinin miqdarı üzrə ölçmələr aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib ki, atmosfer havası üzrə avtomatik stansiyalardan əldə olunan məlumatlara əsasən, havada tozun miqdarı norma daxilində olsa da, Bakı şəhərində dəm qazı 1.5, azot 4-oksid 1.4, Gəncə şəhərində kükürd və dəm qazı 1.3, Sumqayıt şəhərində isə hidrogen sulfid 1.5 dəfə normadan çox olub.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda toz dumanı çoxalıb - Çirkli hava hər il 7 milyon insanı öldürür - ÜST-dən VİDEO


“Bakı şəhərində keçirilən monitorinqlərin nəticələrinə görə, atmosfer havasının çirklənmə səviyyəsi ötən illərlə müqayisədə azalıb.

Belə ki, tozla bağlı transsərhəd çirklənmənin olmaması səbəbindən havada tozun miqdarı normadan aşağı qeydə alınıb”.
 

G.Abbasova onu da qeyd edib ki, 1-4 oktyabr tarixlərində şimal-şərq küləklərinin üstünlüyü çirkləndirici qaz qarışıqlarının intensiv səpələnməsinə şərait yaradıb və havanın keyfiyyəti qənaətbəxş olub:


“7 oktyabr tarixinədək  yağıntılı və küləkli hava şəraitinin olacağını nəzərə alsaq, yaxın günlərdə də havanın keyfiyyətinin əlverişli  olacağı gözlənilir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin