Rustavidəki 12 saylı həbsxananın yaxınlığında ölkənin keçmiş prezidenti Mixail Saakaşvilinin həbsdən azad edilməsini tələb edən bir neçə yüz adam toplaşıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Sputnik Gürcüstan” nəşri yayıb.
Mənbə yazır ki, aralarında müxalifət partiyalarının liderlərinin də olduğu aksiya təşkilatçıları cəzaçəkmə müəssisəsinin girişinin yaxınlığında səhnə qurublar.
Həbsxananın ərazisi çoxsaylı polis əməkdaşları tərəfindən qorunur. Yaxınlığında vəziyyət sakitdir.
Xatırladaq ki, Mixail Saakaşvili oktyabrın 1-də axşam Tbilisidə həbs olunub. O, prezident olduğu dövrdə vəzifəsindən sui-istifadə etməkdə ittiham olunur.
İki halda ona qiyabi olaraq hökm oxunub, bu da 6 ilə qədər həbs cəzası nəzərdə tutur, qalan işlər isə hələ də davam edir.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2021/10/04/1633350318_1-4.jpg)
- A-
- A
- A+
Region
16:24 / 04.10.2021
Həbsxana yaxınlığındakı AKSİYA: Saakaşvilinin azadlığını tələb edirlər - VİDEO
Hazırda oxunan: Həbsxana yaxınlığındakı AKSİYA: Saakaşvilinin azadlığını tələb edirlər - VİDEO
Hazırda oxunan: Həbsxana yaxınlığındakı AKSİYA: Saakaşvilinin azadlığını tələb edirlər - VİDEO
40074
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.