Paşinyan bu dəfə Litvada sərsəmlədi: “Öz müqəddəratını təyin etmək…”

Hazırda oxunan: Paşinyan bu dəfə Litvada sərsəmlədi: “Öz müqəddəratını təyin etmək…”

39960

Öz müqəddəratını təyin etmək də daxil olmaqla Qarabağ ermənilərinin hüquqlarının qorunması İrəvanın prioritetlərindən biridir. 

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bazar günü Litvanın erməni icması ilə görüşündə bildirib.

"Bilməliyik ki, çox ehtiyatla “mina tarlası "ndan keçirik. Bu sahə hər zaman “minalanıb". Başqa bir şey “minaların konsentrasiyası”nın artmasıdır və biz bunu keçən payızda gördük”.
 

MÖVZU İLƏ BAĞLI:

“Ermənistan ən çətin problemlərlə üzləşir” – Paşinyanın ETİRAFI


Paşinyanın mətbuat katibi Mane Gevorgyan baş nazirinin sözlərindən sitat gətirib.

Paşinyan qeyd edib ki, Qarabağ münaqişəsi zonasında gedən hərbi əməliyyatlar erməni tərəfi üçün çətin və hətta fəlakətli idi:

“Bununla belə, Ermənistan müstəsna dözümlülük nümayiş etdirir. Bu, çox vacibdir”.

Baş nazir hesab edir ki, ölkənin üzləşdiyi problemləri həll etmək üçün çalışmaq lazımdır: “Bu vəziyyətdə kulminasiya nöqtəsi "dinc inkişaf dövrünün açılmasıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin