Azərbaycanla İran arasında yaranan mübahisəli məsələlər xarici qüvvələrin müdaxiləsi olmadan həll edilməlidir.
Bizim.Media xəbər verir ki, bunu İslam Respublikasının ali dini lideri Əli Xamenei bildirib.
"Ölkənin şimal-qərbindəki son vəziyyət bölgədəki xarici qüvvələrin müdaxiləsi və hərbi iştirakı olmadan həll edilməlidir". ISNA agentliyi onun sözlərindən sitat gətirib.
MÖVZU İLƏ BAĞLI:
İranın dini liderindən sərt AÇIQLAMA: “Tezliklə şapalaq yeyəcəklər” – KİMƏ ÜNVANLANIB?
"Region xalqlarının orduları bunu özləri idarə edə bilərlər və biz başqa qüvvələrin müdaxilə etməsinə icazə verməyəcəyik", - deyə o, əlavə edib.
Xameneinin bəyanatı Azərbaycanla İran arasında siyasi gərginliyin, eləcə də İran ordusunun Azərbaycan sərhədi yaxınlığında hərbi təlimlərə başlamasının fonunda səslənib.
Bizim.Media