"Qonşu ölkə olan Azərbaycan Respublikasındakı qardaşlarımız sərhədlərdə keçirilən hərbi təlimlərin məqsədini düzgün anlamaq üçün səy göstərməlidirlər".
Bizim.Media xəbər verir ki, bu fikirləri İranın İRNA xəbər agentliyinin baş direktoru Məhəmməd Rza Nevruzpur özünün Tvitter səhifəsində yazıb.
MÖVZU İLƏ BAĞLI:
İranın müdafiə naziri kimi təhdid edir? – “Böyük itkilərə məruz qalacaqlar”
"Bu halda onlar (Azərbaycan nəzərdə tutulur) İranla dostluq və qardaşlıq münasibətlərinin inkişaf etdirilməsində əlbəttə ki, daha yaxşı nəticələr əldə edəcəklər və İrandan daha dost və xeyirxah bir ölkə tapmayacaqlar", deyə o, qeyd edib.
"Mədəni oxşarlığa baxmayaraq, iki ölkənin qarşılıqlı əlaqələrinin inkişafı üçün yaxşı zəmin var. Gözlənilir ki, Azərbaycan uzunmüddətli maraqlarını nəticəsiz gərginliyə dəyişdirməyəcək.
Buna bəzi ölkələr təsir edir. Məqsədləri Azərbaycanın regiondakı qonşuları ilə dostluq münasibətlərini pozmaqdır”,-Nevruzpur əlavə edib.
Bizim.Media