Azərbaycan hərbçilərinin Qafan-Gorus avtomobil yolunun ölkəmizin qanuni ərazisinə daxil olan hissəsindən keçən Ermənistan və İran maşınlarına daha bir məhdudiyyət qoyduğu bildirilir.
Bizim.Media xəbər verir ki, bu barədə "Hraparak” nəşri məlumat yayıb.
Yeni qadağaya əsasən, Ermənistan və İrandan gələn maşınlar yalnız gündüz saatlarında və bir saatdan bir buraxılır.
Bu barədə Gorus bölgəsinin ruhani keşişi Aharon Melkumyan erməni jurnalistlərə açıqlamasında deyib.
“Dünən Vorotana(Urud-S.L.) getməli oldum. On dəqiqə gecikdiyim ortaya çıxdı və artıq keçməyimə icazə vermədilər. Nəticədə 1 saat tamam olana qədər, yəni 50 dəqiqə gözləməli oldum".
Bizim.Media
- A-
- A
- A+
Region
14:24 / 02.10.2021
Qafan-Gorus yolunda Ermənistan və İran maşınlarına daha bir QADAĞA - DETALLAR
Hazırda oxunan: Qafan-Gorus yolunda Ermənistan və İran maşınlarına daha bir QADAĞA - DETALLAR
Hazırda oxunan: Qafan-Gorus yolunda Ermənistan və İran maşınlarına daha bir QADAĞA - DETALLAR
39819
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.