Rusiyalı səfir: “BMT-nin Qarabağda olması nəzərdən keçirilir“

Hazırda oxunan: Rusiyalı səfir: “BMT-nin Qarabağda olması nəzərdən keçirilir“

3980

“Bu gün BQXK münaqişə yerində fəaliyyət göstərən yeganə beynəlxalq humanitar təşkilatdır. Təşkilat işçilərinin sayını 400 nəfərə çatdırmağı planlaşdırır“.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib.

Bildirib ki, BQXK missiyasının əməkdaşlarının vəzifələri arasında hərbi əsirlərin mübadiləsi, həlak olanların cəsədlərinin axtarışı və şəxsiyyətlərinin müəyyənləşdirilməsi var.

Rusiyalı diplomat vurğulayıb ki, Rusiya sülhməramlılarının köməyi ilə tərəflər arasında meyitlərin mübadiləsi üzərində iş artıq gedir.

Rusiyalı diplomat bölgədə aktiv döyüşlər dayandırıldıqdan sonra ölkəsinin münaqişə tərəflərinə humanitar yardım göstərməyə hazır olduğunu bəyan etdiyini bildirib:

“Bu cür yardımlar artıq çatdırılıb. Noyabrın 21-dən etibarən Rusiya Fövqəladə Hallar Nazirliyi Şuşa və Xankəndi şəhərlərinə iki dəfə humanitar yardım göndərib. Rusiya sülhməramlılarının vəzifəsi də humanitar məsələlərin həllinə kömək etməkdir”.

M. Boçarnikov BMT-nin təşkilatlarının Dağlıq Qarabağda olması ehtimalının da nəzərdən keçirildiyini qeyd edib:

“UNESCO-nun baş direktorunun təşkilatın oradakı fəaliyyət dairəsini müəyyənləşdirmək üçün bölgəyə ekspert missiyası göndərmə təşəbbüsü ilə bağlı açıqlaması gəlib. Biz UNESCO-nun bu hərəkətini alqışlayırıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin