Gürcüstan prezidenti Salome Zurabişvili cümə günü saxlanılan keçmiş dövlət başçısı Mixail Saakaşvilini əfv etməyəcəyini söyləyib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.
Mənbə yazır ki, cümə günü Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Saakaşvilinin Gürcüstanda saxlanıldığını bildirib.
MÖVZU İLƏ BAĞLI:
Saakaşvilidən ŞOK AÇIQLAMA: “Bu deputat yeni həyat yoldaşımdır” - FOTO
"Hamı qanun qarşısında eynidir. Çoxları prezident Saakaşviliyə mərhəmət göstərib -verməyəcəyimi soruşur, cavab birdir, sadə və qəti - yox, heç vaxt", - o, brifinqdə deyib.
Zurabişvilinin sözlərinə görə, sabiq prezident Gürcüstanda sabitliyi pozmaq üçün gəlib.
Bizim.Media