Ərdoğanın oğlu Bakıda gizlənib?

Hazırda oxunan: Ərdoğanın oğlu Bakıda gizlənib?

39718
Bilal Ərdoğanın Azərbaycana gələrək, «Qafqaz City» hotelində qaldığı bildirilir  Haqqında məcburi ifadəyə gətirilmək qərarı verilən Türkiyənən baş naziri Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın Bakıdakı “Qafqaz City” hotelində qaldığı barədə məlumat yayıb. Türkiyə mətbuatının yaydığı məlumata bu ölkədəki rüşvət əməliyyatınlarında əsas şübhəli şəxslərdən hesab edilən Bilal Ərdoğan barəsində yanvarın 2-də məcburi ifadəyə gətirilmə qərarı veriləndən sonra Bakıya gələrək, “Qafqaz City” hotelində qalıb. 
“Qafqaz City” hotelinin qəbul-qeydiyyat şöbəsi məsələ ilə bağlı “burada idi, ancaq indi hal-hazırda hoteli tərk edib” deyə bildirib. Lakin hotelin idarəçisi qeydiyyat şöbəsinin məlumatını təkzib edib: “Xeyr, burada qalmayıb. Bakıda ”Qafqaz" adlı başqa hotel də var, bəlkə, orada qalıb". Türkiyə mətbuatı yazır ki, Bilal Ərdoğanın Bakıdan Batumiyə getməsi barədə iddialar var. Onun qaldığı iddia edilən “Qafqaz City” hotelinə gəlincə, Türkiyə mətbuatının araşdırmaları zamanı bu obyektin “Gilan Turizm” şirkətinə bağlı olduğu üzə çıxıb. “Gilan Turizm” isə “Gilan Holdinq”ə daxildir. Bu holdinqin fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu deyilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin