Rusiya və Ermənistan XİN başçıları mina xəritələrinin Azərbaycana verilməsi məsələsini müzakirə etdi
Oktyabrın 1-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub.
Bizim.Media barədə “Sputnik Armeniya”ya istinadən xəbər verir.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanın xarici işlər nazirinin təyyarəsi xarab oldu - Düşənbəyə gecikdi
Bildirilib ki, tərəflər humanitar məsələlərin həllini və s. müzakirə ediblər.
"Tərəflər regional sabitlik və təhlükəsizlik problemləri, o cümlədən 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli razılaşmaları barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda minalı ərazilərin xəritələrinin verilməsi, mədəni irs obyektlərinin qorunub saxlanması kimi məsələləri müzakirə ediblər", - məlumatda qeyd olunub.
Bizim.Media