\"Saakaşvilinin həbs olunması üçün sadəcə 10 polisə ehtiyac var\" - BAŞ NAZİRDƏN AÇIQLAMA

Hazırda oxunan: \"Saakaşvilinin həbs olunması üçün sadəcə 10 polisə ehtiyac var\" - BAŞ NAZİRDƏN AÇIQLAMA

39570

"Saakaşvilinin həbs olunması üçün 100 min nəfərə ehtiyac yoxdur, sadəcə təcrübəli 10 polis işçisinə ehtiyac var".

Bizim.Media xəbər verir ki, bu sözləri Baş nazir İrakli Qaribaşvili deyib.

Onun sözlərinə görə, dövlət asayişi qorumağa və qanunun yerinə yetirilməsinə tam hazırdır:

"Mən heç bir vətəndaş qarşıdurması elan etməmişəm, bunu Milli Hərəkatın nümayəndələri Saakaşvilinin həbsinin qarşısını alacaqlarını deyəndə elan ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

İrakli Qaribaşvilinin Azərbaycana səfər proqramı AÇIQLANDI  


Dedim ki, müxalifət tərəfdarlarını səfərbər edə bilməz, çünki onlar iyulda aksiyalara 5 000-dən çox tərəfdarını səfərbər edə bilmədilər, mən isə bir saat ərzində Gürcü Arzusu tərəfdarlarını səfərbər edə bilərik və istənilən vaxt ən azı 100 min nəfərlə dinc nümayiş keçirə bilərik dedim.

Saakaşvilinin həbs olunması üçün 100 min nəfərə ehtiyac yoxdur, sadəcə təcrübəli 10 polis işçisinə ehtiyac var. Dövlət asayişi qorumağa və qanunun yerinə yetirilməsinə tam hazırdır və biz bütün bunları sülh yolu ilə edəcəyik",- deyə İ. Qaribaşvili bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin