Marneulidə iqtidar və müxalifət namizədləri arasında insident - YARALANANLAR VAR

Hazırda oxunan: Marneulidə iqtidar və müxalifət namizədləri arasında insident - YARALANANLAR VAR

39561

Gürcüstanın azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonunda yerli seçkilər öncəsi insident baş verib.

Bizim.Media gürcü mətbuatına istinadən xəbər verir ki, hakim Gürcü Arzusu Partiyası və müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) namizədləri - Rövşən İsgəndərov və Laşa Kveladze arasında fiziki qarşıdurma olub.

VMHP nümayəndəsi Murad Muradov jurnalistlərə açıqlamasında deyib ki, hadisə Sadaxlı kəndində aparılan seçkiqabağı kampaniyadan sonra baş verib:

“Hazırda Laşa Kveladze polisə şikayət ərizəsi təqdim edir. O, xəsarətlər alıb, gözündə və digər bədən nahiyələrində xəsarətlər var. Partiyanın digər üzvü Mişa Okupaşviliyə də xəsarətlər yetirilib”.

“Gürcü Arzusu”nun Marneuli-Qardabani üzrə deputatı Zaur Darğallı isə baş verən hadisədə müxalif partiyanı günahlandırıb.

O bildirib ki, L.Kveladze R.İsgəndərovu döyüb: “Bu, müxalifətin növbəti və gözlənilən təxribatıdır. Rövşən İsgəndərov xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağırdır, onun əməliyyata da ehtiyacı ola bilər”.

Deputat insidentlə bağlı artıq istintaqın başlandığını qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin