“Artsax”ın keçmiş müdafiə naziri, "qızıl oğlanımız", general-leytenantımız Cəlal Arutyunyan haradadır?”.
Bizim.Media xəbər verir ki, bu sualı özünün Telegram kanalında Moskva şəhərində fəaliyyət göstərən “Rusklimat” şirkətinin Strateji Marketinq üzrə direktoru Mina Xaçartyan verib.
O, xatırladır ki, Arutyunyan “Artsax”ın qəhrəmanı olub, 2-ci Qarabağ müharibəsi zamanı Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəisinin əli ilə yaralanıb:
“Yeddi ay əvvəl Cəlal Anatolyeviç əməliyyatdan sonra danışacağına söz vermişdi. Səssizlikdir. Sual verirəm: “Onun nəyini əməliyyat ediblər?”.
Xatırladaq ki, 44 günlük müharibənin gedişində ordumuzun dəqiq zərbəsi ilə məhv edilən Qarabağdakı separatçı, qondarma rejimin “müdafiə naziri” Cəlal Arutyunyanı həmin vaxtdan heç kim görməsə də, artıq ermənilər onun “dirildiyini” iddia edirlər.
O, yaralandıqdan sonra qondarma rejimin separatçı “başçısı” Arayik Arutyunyan ona "Artsax qəhrəmanı" adını verib.
Erməni mediası yazır ki, “nazir” 4 dekabr 2020-ci ildə xəstəxanadan çıxıb. 30 yanvar 2021-ci ildə Ermənistan Baş Prokurorluğu Arutyunyanı zərərçəkmiş qismində tanınayaraq dindirib. Nəticədə cinayət işində heç bir təqsirləndirilən şəxs olmayıb.
Bizim.Media
- A-
- A
- A+
Region
12:20 / 30.09.2021
Ordumuz tərəfindən öldürülən “erməni nazir” dirilib? – TƏFƏRRÜAT
Hazırda oxunan: Ordumuz tərəfindən öldürülən “erməni nazir” dirilib? – TƏFƏRRÜAT
Hazırda oxunan: Ordumuz tərəfindən öldürülən “erməni nazir” dirilib? – TƏFƏRRÜAT
39463
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.