2-ci Qarabağ müharibəsindən əvvəl “Yeni müharibə - yeni ərazilər” açıqlaması ilə rəsmi Bakını təhdid edən keçmiş müdafiə naziri David Tonoyan xüsusilə böyük miqdarda mənimsəmə şübhəsi saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “armeniasputnik.am” saytı Ermənistan Milli Təhlükəsizlik Xidmətinə (MTX) istinadən yayıb.
Mənbə yazır ki, silah satıcısı David Qalstyan (daha çox "Patron David" kimi tanınır) da onunla birlikdə saxlanılıb.
Cinayət işi ölkənin Silahlı Qüvvələrinin ehtiyacları üçün döyüş sursatı alarkən çoxsaylı qanun pozuntuları və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə əlaqədar açılıb.
Tonoyan və Qalstyan təxminən 2,8 milyard dram (4,6 milyon dollar) mənimsəməkdə və saxtakarlıqlarda şübhəli bilinirlər. Onların həbsi üçün vəsatətlər məhkəməyə təqdim edilib.
Vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və saxtakarlıq etməkdə şübhəli bilinən cinayət işi çərçivəsində bir çox keçmiş və fəal hərbi qulluqçulara qarşı cinayət təqibi başlanıb. MTX bildirir ki, bütün cinayət zəncirini tam şəkildə açmaq və onunla əlaqəsi olan bütün şəxsləri müəyyən etmək üçün genişmiqyaslı əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir.
Sentyabrın 25-də Milli Təhlükəsizlik Xidməti hərbi aviasiya idarəsinin keçmiş rəisinin fırıldaqçılıq ittihamı ilə həbs olunduğunu elan edib.
Araşdırmaya görə, o, 2011-ci ildə saxta sənədlər vasitəsi ilə köhnəlmiş təyyarə raketləri alıb.
Sursatın alınması üçün büdcədən təxminən 4,6 milyon dollar ayrılıb. Beləliklə, dövlətə böyük ziyan dəyib. Daha sonra bəzi müxalif siyasətçilər raketlərin 2018-ci ilin sonunda David Tonoyanın o vaxt müdafiə naziri olduğu vaxt istifadə edildiyini bildiriblər.
Bizim.Media
- A-
- A
- A+
Region
10:49 / 30.09.2021
Azərbaycanın yeni ərazilərini işğal etmək istəyən Tonoyan saxlanıldı – HƏBS EDİLƏCƏK
Hazırda oxunan: Azərbaycanın yeni ərazilərini işğal etmək istəyən Tonoyan saxlanıldı – HƏBS EDİLƏCƏK
Hazırda oxunan: Azərbaycanın yeni ərazilərini işğal etmək istəyən Tonoyan saxlanıldı – HƏBS EDİLƏCƏK
39445
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.