Putin Ərdoğanla Krımı müzakirə etməyəcək - PESKOV

Hazırda oxunan: Putin Ərdoğanla Krımı müzakirə etməyəcək - PESKOV

39327

Putin Krım mövzusunu Ərdoğanla müzakirə etməyəcək.

Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün Soçidə Vladimir Putinlə Rəcəb Ərdoğan arasında keçiriləcək görüşdən əvvəl bildirib.

"Krımla bağlı Türkiyə tərəfi ilə müzakirə edəcək bir şey yoxdur" deyə o, qeyd edib.

Peskov vurğulayıb ki, Rusiya Ukrayna və Türkiyə arasında hərbi-texniki əməkdaşlıq mövzusunu vacib hesab edir, çünki Türkiyə silahlarının “Donetsk Xalq Respublikası” və
“Luqansk Xalq Respublikası”na zərbə endirmək üçün istifadə edilməsini istəməyəcək.

Peskov bildirib ki, danışıqların başlanması Moskva vaxtı ilə saat 13:00-dan sonra planlaşdırılır:

“Nəticədə mətbuat konfransı keçirmək nəzərdə tutulmayıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin