Ermənistanın baş naziri Nikol Paşinyan nədənsə bərk qorxuya düşüb və şəxsi təhlükəsizliyini dəfələrlə artırıb. İndi Paşinyanı Şimali Koreya liderindən daha çox adam qoruyur.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistanın "Qraparak" qəzeti yayıb.
Nəşr qeyd edir ki, "xalqın içindən çıxan" Nikol Paşinyan vaxtilə işə velosipedlə gedib:
“İndisə xalqından o qədər qorxur ki, hər keçən gün onlardan daha çox təcrid olunur və müdafiəsini artırır.
MÖVZU İLƏ BAĞLI:
“Paşinyan diplomatik cəbhədə də Azərbaycana uduzur” – AŞPA-dakı məğlubiyyət
Bu gün onun mühafizəsi ilə bütün bir qurum məşğul olur: Milli Təhlükəsizlik Xidmətinin tərkibində fəaliyyət göstərən Dövlət Təhlükəsizlik Xidməti. Keçmişdə Serj Sarkisyanı böyük təhlükəsizliyinə görə tənqid edirdik, amma Paşinyan sözün həqiqi mənasında onu dəfələrlə üstələyib, ona görə də Şimali Koreya lideri ilə rəqabət apara bilər.
Qəzet yazır ki, səfər günlərində Ermənistan parlamenti mühasirəyə alınmış bir qalaya çevrilir.
"Yerablur"u ziyarət edəndə əhatəsində əlində xüsusi çamadan daşıyan onlarla mühafizəçi olur”. Ermənistan baş nazirinin şəxsi müdafiəsini dəfələrlə gücləndirdiyi barədə məlumatı "İravunk" qəzeti də təsdiqləyir.
Nəşr onu da qeyd edir ki, Paşinyan çox qorxur, amma Ermənistan baş nazirinin çaxnaşmaya düşməsinin səbəbləri hələ məlum deyil.
Bizim.Media