“Paşinyan diplomatik cəbhədə də Azərbaycana uduzur” – AŞPA-dakı məğlubiyyət 

Hazırda oxunan: “Paşinyan diplomatik cəbhədə də Azərbaycana uduzur” – AŞPA-dakı məğlubiyyət 

39292

Ermənistan hakimiyyəti (Paşinyanın nəzərdə tutur) diplomatik və beynəlxalq cəbhədə də məğlubiyyətini davam etdirir.

Bizim.Media xəbər verir ki, bu fikirləri “Ermənistan" blokunun deputatı Lilit Qalstyan səsləndirib.

"Bildiyiniz kimi, bir gün əvvəl Ermənistan hakimiyyətinin sevimli hakimi Anna Danibekyanın qərarı ilə “Ermənistan” blokunun deputatı Armen Gevorgyanın ölkədən çıxışına qadağa qoyulub.
 

MÖVZU İLƏ BAĞLI:

Bakı, İrəvan, Moskva nəyi müzakirə etməyə hazırlaşır? - DETALLAR 


Bu səbəbdən o, AŞPA-nın payız sessiyasında  iştirak edə bilməyib. Erməni tərəfindən sessiyaya yalnız hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputatlar qatılıb.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin təklifi ilə qəbul edilən qətnaməyə əsasən, bundan sonra 1887-ci ildə memar Simon Ter-Akopyanın layihəsi ilə (?) inşa edilən Şuşadakı “Subr Kazançeçoç” kilsəsi “Qazançı” adlandırılacaq. Bu, erməni deputatlarının iştirakı ilə mədəni kimliyimizin məhv edilməsidir.

AŞPA-dakı Ermənistan nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan, tarixi həqiqətləri müdafiə edə bilmirsənsə, Ermənistanın maraqlarını necə müdafiə edəcəksən?”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin