Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu gün Azərbaycana işgüzar səfərə gəlir.
Bizim.Media xəbər verir ki, birgünlük səfər çərçivəsində İ.Qaribaşvili Bakıda keçiriləcək Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclasında iştirak edəcək.
Gürcüstanın hökumət Administrasiyasının yaydığı məlumatda iki ölkənin baş nazirlərinin sədrliyi altında baş tutacaq toplantıdan sonra əməkdaşlıq haqqında memorandumların imzalanacağı qeyd olunub.
MÖVZU İLƏ BAĞLI:
İrakli Qaribaşvili: “Saakaşvili gələn kimi həbsxanaya gedəcək"
İ.Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.
Daha sonra dövlət başçısı ilə işçi nahar olacaq.
Qeyd edək ki, Baş nazirin başçılıq etdiyi nümayəndə heyətinə müavini, xarici işlər naziri David Zalkaliani, iqtsiadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava, hökumət administrasiyasının rəhbəri İlya Darçiaşvili daxildir.
Bizim.Media