Erməni baş redaktorun kanalları “YouTube”dan SİLİNDİ 

Hazırda oxunan: Erməni baş redaktorun kanalları “YouTube”dan SİLİNDİ 

39248

“YouTube” iki alman RT kanalını silib. 

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Rusiya bu gün” və RT telekanalının baş redaktoru Marqarita Simonyan bildirib. 

O, həmin kanalların birdəfəlik silindiyini deyib. Simonyanın sözlərinə görə, RT DE almandilli media arasında təsir baxımından dördüncü yerdə olub və 2021-ci ilin iyun ayında 21 milyon baxış toplayıb. 

Simonyan xatırladıb ki, Lüksemburq da daha əvvəl Almaniya hakimiyyət orqanlarının rəyini əsas gətirərək, RT-yə yayım lisenziyası verməkdən imtina edib. 

“Bu Almaniyanın Rusiyaya qarşı elan etdiyi əsl media müharibəsidir”, - deyən erməni baş redaktor Rusiyanı da "Deutche Welle" başda olmaqla bir sıra alman KİV-nin fəaliyyətini dayandırmağa çağırıb.    

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin