Avropa Şurası Parlament Assambleyasındakı Ermənistan nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan Qarabağ münaqişəsi ilə bağlı qətnamənin mətnində Şuşadakı “Surb Kazançeçoç” məbədinin adı ətrafında yaranmış vəziyyəti izah edib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “armeniasputnik.am” saytı yayıb.
Mənbə yazır ki, daha əvvəl bir sıra Ermənistan mətbuatı və Telegram kanalları Azərbaycan nümayəndə heyətinin təklifi ilə qətnamə müəllifləri "Surb Kazançetsots"un adını "Qazançı" olaraq dəyişdiriblər.
MÖVZU İLƏ BAĞLI:
"Ermənistan və Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri" adlı hesabat qəbul edildi
“Sputnik Ermənistan”ın müxbiri ilə söhbətində Rubinyan əslində ad dəyişikliyinin olmadığını bildirib:
“Qətnamə mətnində "Müqəddəs Xilaskar Kazançeçoç Məbədi" oxunub, Azərbaycan tərəfinin təklifi ilə bu ada "Qazançı" da əlavə edilib.
Bəli, azərbaycanlıların təklifi qəbul edildi və hər iki variantın vergüllə ayrılaraq yazılması qərara alındı".
Bizim.Media