Erməni ekspert: “Ermənistan “Artsax”ın təhlükəsizlik açarlarını Rusiyaya verib”

Hazırda oxunan: Erməni ekspert: “Ermənistan “Artsax”ın təhlükəsizlik açarlarını Rusiyaya verib”

39164

Rusiya bölgədə gərginliyin azalması üçün delimitasiya və demarkasiyanın tərəfdarıdır. Ermənistanın “Artsax”ı Azərbaycanın bir hissəsi kimi tanıması Moskva üçün sərfəli deyil, çünki bu halda Bakı dərhal sülhməramlıların o bölgədən çıxarılması məsələsini qaldıracaq. 

Bizim.Media xəbər verir ki, bu fikirləri erməni analitik Arqişti Kiviryan ”TALK TIME” verilişində səsləndirib.

O xatırladıb ki, Rusiya status məsələsinin açıq olduğunu və gərginliyin artmaması üçün bunu daha sonra müzakirə etməyi qeyd edib.

“Erməni tərəfinə indiki mərhələdə status məsələsini müzakirə etmək sərfəli deyil, çünki bu gün heç kim onun maraqlarını nəzərə almayacaq. Səmərəli bir ordumuz olsaydı, səsimiz gur çıxardı. Əgər müvafiq addımlar atılsa, vaxt Ermənistanın xeyrinə işləyər. Amma indiyə qədər bu, belə olmayıb, çünki səlahiyyətlilər dövləti gücləndirməkdən başqa hər şeylə məşğuldurlar” deyə ekspert əlavə edib.
 

MÖVZU İLƏ BAĞLI:

Erməni ekspertindən ETİRAF - “Hər şeyi rus ordusundan kopyalayırıq”


Kiviryanın qeyd etdiyi kimi, bərpaedici adlandırıla biləcək heç bir proses baş vermir:

“Ermənistan hakimiyyəti ordunun bərpası, müharibənin nəticələrinin aradan qaldırılması üçün heç bir addım atmayıb. İl ərzində bir alternativ yol belə qura bilmədilər. Bu, işğaldan azad olunan Azərbaycan ərazilərində çoxsaylı hərbi təlimlər və genişmiqyaslı tikinti işləri fonunda baş verir. Üstəlik, azərbaycanlılar Gorus-Qafan yolunda polis postları qurublar və İranlı sürücülərdən pul yığırlar.

Sabah erməni sürücülərə qarşı da eyni şeyi edə bilərlər və ya yolun bu hissəsini bağlaya bilərlər. Bir il ərzində Ermənistan ordunu gücləndirmək üçün nəsə etməli idi. Sərhəddə mövcud olan bütün problemlər bu məsələnin həll edilməməsindən qaynaqlanır.

Hakimiyyətin ən ağır cinayəti müharibə zamanı hərbi-siyasi birlik olaraq ordunun məhv edilməsinə gətirib çıxarmalarıdır. Müharibəni bu mərhələdə dayandırdılar. Ordu olmadığı üçün subyektivliyimizi itirdik. Səmərəli ordunun yaradılması Azərbaycan tərəfinin təkəbbürünə son qoyacaq. Bu problemi bir il ərzində həll etmək olardı”.

Ekspert vurğulayıb ki, Ermənistan “Artsax”ın təhlükəsizliyin açarlarını Rusiyaya təhvil verib:

“Bu, böyük bir problemdir, çünki milli probleminizdən imtina edib onu öz maraqlarına uyğun hərəkət edəcək başqa bir ölkəyə təhvil verirsiniz.
 

Əgər səlahiyyətlilər təhlükəsizliyin əsas sütununu - ordunu bərpa etməklə məşğul deyilsə, ciddi bir şey gözləmək lazım deyil. Sülh dövrünə gəldikdə, onu itirən deyil, qalib tərəf aça bilər.


Bu gün Azərbaycan bunu edə bilərdi ki, bu da onun xeyrinə olardı. Bakı Qarabağın erməni əhalisi ilə mövcud fikir ayrılıqlarını həll edə bilsəydi, rus sülhməramlılarına ehtiyac aradan qalxardı”, - deyə o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin