Türkiyənin müdafiə naziri Şoyquya səsləndi: ”Rusiya təkcə terrorçulara bomba atmır”

Hazırda oxunan: Türkiyənin müdafiə naziri Şoyquya səsləndi: ”Rusiya təkcə terrorçulara bomba atmır”

39158

Türkiyənin müdafiə naziri Hulusi Akar Rusiya müdafiə naziri Sergey Şoyqu ilə İdlibin eskalasiya zonasına daha tez-tez hava zərbələri endirilməsi mövzusunu müzakirə edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Anadolu" agentliyi yayıb.

Mənbə yazır ki, jurnalistlərə verdiyi müsahibədə Akar qeyd edib ki, Rusiya tərəfi Suriyada "terrorçu qruplara" hava zərbələri endirildiyini iddia edir, lakin fakt budur ki, zərərçəkənlər arasında bu hava zərbələrindən qaçan tək terrorçular deyil.
 

MÖVZU İLƏ BAĞLI:

Hulusi Akardan Türkiyə - Azərbaycan hərbi təlimləri ilə bağlı YENİ AÇIQLAMA 


“Uzun illərdir ki, Suriya ilə bağlı mövqeyimi bildirməyə çalışıram. Türkiyə Rusiya ilə müqavilələrin bütün şərtlərini yerinə yetirir. Öhdəliklərimizə uyğun olaraq ciddi şəkildə hərəkət edirik. Qarşı tərəfdən də eyni münasibəti gözləyirik”, deyə Akar bildirib.

Türkiyəli nazir Rusiya aviasiyasının hərəkətlərinin bölgədə yeni bir miqrasiya dalğası formalaşdırdığını, əhalinin radikallaşmasına səbəb olduğunu vurğulayıb:

“Türkiyə artıq əlavə qaçqın dalğasını qəbul edə bilmir. Bütün tərəflər bunu bilir. Hava zərbələri də radikal hissləri gücləndirir. Evlərini və torpaqlarını itirmiş insanların vəziyyətini düşünün. Bu barədə davamlı olaraq danışırıq.

Atəşkəs razılaşmalarının sabitliyini və müddətini təmin etmək çox vacibdir. Unutmayın ki, Türkiyənin nəzarət etdiyi ərazilərdən bir milyona yaxın suriyalı artıq öz torpaqlarına qayıdıb və onlardan 400 min nəfəri İdlibdədir”.
 

Ankara və Moskvanın bölgədəki addımlarını əlaqələndirmək mövzusuna toxunan Akar, həm Türkiyə, həm də Rusiya tərəfinin üzərində işlədiyi "ciddi bir mexanizm" olduğunu deyib.


Nazir bölgədəki türk zabitlərinin rus generalları ilə görüşdüklərini izah edib:

“Hər tərəf məlumat və narahatlıqlarını bölüşür. Ümid edirik ki, Türkiyə və Rusiya Federasiyası prezidentləri arasında Soçidə keçirilən danışıqların ardından İdliblə bağlı razılaşmalar tamamilə bərpa olunacaq. BMT-nin himayəsi altında siyasi həll, yeni konstitusiyanın hazırlanması və xarici qüvvələrin müdaxilə etməyəcəyi seçkilərin keçirilməsi vacibdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin