Rusiya və Türkiyə prezidentləri - Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar 29 sentyabr çərşənbə günü Soçidə baş tutacaq.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Kremlin mətbuat xidməti yayıb.
Mənbə yazır ki, liderlər ticarət-iqtisadi tərəfdaşlıq, Suriya, Liviya, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər.
"Sentyabrın 29-da Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar Soçidə baş tutacaq", - məlumatda deyilir.
Kreml izah edib ki, danışıqlarda "Rusiya-Türkiyə tərəfdaşlığının siyasi, ticarət və iqtisadi sahələrdə müxtəlif aspektlərini" müzakirə etməyi planlaşdırırlar.
"Suriya, Liviya, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyətin inkişafı da daxil olmaqla aktual beynəlxalq mövzularda ətraflı fikir mübadiləsi aparılacaq", - Rusiya liderinin mətbuat xidməti bildirib.
Liderlərin sonuncu üz-üzə görüşü 2020-ci ilin mart ayında Kremldə, Ərdoğanın Rusiyaya işgüzar səfəri ilə baş tutub.
Pandemiya vəziyyəti ilə əlaqədar olaraq, sonrakı danışıqlar həm ikitərəfli, həm də çoxtərəfli formatda telefon və ya video konfrans vasitəsi ilə aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Region
13:43 / 28.09.2021
“Ərdoğan və Putin Cənubi Qafqazı müzakirə edəcək” – HAMI SOÇİDƏN XEYİR XƏBƏR GÖZLƏYİR
Hazırda oxunan: “Ərdoğan və Putin Cənubi Qafqazı müzakirə edəcək” – HAMI SOÇİDƏN XEYİR XƏBƏR GÖZLƏYİR
Hazırda oxunan: “Ərdoğan və Putin Cənubi Qafqazı müzakirə edəcək” – HAMI SOÇİDƏN XEYİR XƏBƏR GÖZLƏYİR
39124
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.