“Ermənistanın sabiq müdafiə nazirir David Tonoyan niyə hələ də 2-ci Qarabağ müharibəsində etdiyi xəyanət və səhlənkarlığa görə cinayət məsuliyyətinə cəlb olunmayıb”.
Bizim.Media “yerevan.today” saytına istinadən xəbər verir ki, bu fikirləri “Ermənistan" blokunun üzvü, Ermənistan polisinin mətbuat xidmətinin keçmiş rəisi, ehtiyatda olan polkovnik Sayat Şirinyan öz Facebook səhifəsində yazıb.
"Müharibədən sonra nazir vəzifəsindən istefa verən David Tonoyan eksklüziv müsahibəsində yeganə “səhvindən” bəhs edərək bunları söyləyib:
“Mən müharibə zamanı Baş nazir-Müdafiə Nazirliyi-Baş Qərargah üçlüyü arasında yaranan maneələri aradan götürə bilmədim.
MÖVZU İLƏ BAĞLI:
Arutyunyanın SİRRİ - O nəyi açıqlamaq istəyib?
Bu, ilk növbədə səfərbərliklə, Təhlükəsizlik Şurasının rolu və funksiyaları ilə, Ermənistan Silahlı Qüvvələrinin “Artsax”ın “müdafiə ordusu” və “Artsax”ın Prezidenti arasındakı funksiyalarla, əhalinin evakuasiyası ilə bağlı məsələlər idi”.“Bunu o, bacarmayıb, yoxsa bilərəkdən etməyib?
İndi düşünün ki, bu "edə bilmədim" ifadəsi neçə insanın həyatına son qoyub. Fərz edin ki, döyüş meydanında, arxa cəbhədə, ordunun tamamlanması prosesində bu əlaqələrin olmaması necə xaos yaradıb.
David Tonoyan indi haradadır, hansı vicdanla firavan bir həyat sürür. Heç bir hərəkət etmədiyimiz üçün insan taleləri məhv edildi, ərazilərimizi itirdik.
David Tonoyan niyə dindirilməyib, niyə indiyə qədər ədalət mühakiməsinə çıxarılmayıb?
Bunun yalnız bir cavabı var: o, ordumuzu bilərəkdən və ardıcıl olaraq məğlubiyyətə uğradan hakimiyyətin (Paşinyanın nəzərdə tutur) ortağıdır”, deyə Şirinyan yekunlaşdırıb.
Bizim.Media