Erməni politoloqdan sərsəm açıqlama: “Türkiyə Qafqazın iki ölkəsini nəzarətə götürəcək”

Hazırda oxunan: Erməni politoloqdan sərsəm açıqlama: “Türkiyə Qafqazın iki ölkəsini nəzarətə götürəcək”

39100

“Ermənistan və Gürcüstan Türkiyə vassallarının (?) taleyi ilə qarşılaşacaq”.

Bizim.Media “sm.news” saytına istinadən xəbər verir ki, bu fikirləri Yaxın Şərq və Orta Asiyanı Araşdırma Mərkəzinin direktoru, rusiyalı politoloq, şərqşünas Semyon Baqdasarov səsləndirib. 

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər yerdə Ermənistanla diplomatik əlaqələrin qurulması ilə bağlı danışır, Ermənistan rəhbərliyi isə o açıqlamalara bir istək ifadə edir. Ancaq əsas məsələ "Zəngəzur dəhlizi"dir”, deyə o, qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Gorus-Qafan yolu ilə Ermənistana girdi – Erməni politolqodan son MƏLUMAT – VİDEO


"Bu, nə olan şeydir? Dəhliz Türkiyəyə nəinki Azərbaycan ərazisinə, hətta Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya birbaşa çıxışı təmin edəcək.

Bu, Ermənistana nə verəcək? Əslində, bu, Ermənistan Respublikası layihəsinin sonudur, çünki Ermənistanın İranla həmsərhəd olan cənub hissəsi kəsiləcək. Türkiyə nəticədə bütün ölkəyə hakim olacaq.

Yeri gəlmişkən, Ermənistan rəhbərliyinə bu mesajın Gürcüstanın Baş naziri vasitəsi ilə göndərilməsi səbəbsiz deyil. Onunla da hər şey aydındır. Acarıstandan başqa bütün Gürcüstan artıq əzilir. Ərdoğanın Batuminin Rizədən (Ərdoğanın valideynlərinin Türkiyədə doğulduğu yer) fərqi ilə bağlı məşhur sözləri artıq reallığa çevrilməkdədir”, - ekspert vurğulayıb.
 

Onun sözlərinə görə, Gürcüstanın taleyi yaxın gələcəkdə Ermənistanı da gözləyir.“Yüz faizzəmanət verirəm ki, önümüzdəki illərdə Türkiyə Cənubi Qafqaza tamamilə hakim olacaq, Rusiyanın bu bölgədəki iştirakı minimuma endiriləcək.


Türk və ukraynalıların Qara dəniz və Azov istiqamətlərində, o cümlədən Krım da daxil olmaqla Rusiya ərazilərində birlikdə işləyəcəkləri barədə öz strateji planları var. Bu, milli təhlükəsizliyimiz üçün böyük təhlükə yaradır ”, - deyə Baqdasarov bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin