Petrosyan: «Paşinyanın özünə haqq qazandırmaq şansı yoxdur»

Hazırda oxunan: Petrosyan: «Paşinyanın özünə haqq qazandırmaq şansı yoxdur»

3904

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan hesab edir ki,  erməni xalqı baş nazir Nikol Paşinyanı heç vaxt bağışlamayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan “Facebook" hesabında yazıb.

Bundan əvvəl Paşinyan  Levon Ter-Petrosyan və Robert Koçaryanın Moskvaya baş tutmayan səfərləriı barədə danışıb.

Baş nazir bildirib ki, Vladimir Putinin keçmiş prezidentləri xüsusi nümayəndə kimi qəbul etməsi üçün ona vasitəçi rolunu oynamağı təklif ediblər, amma razılaşmayıb.

“Ter-Petrosyan milləti ölümə aparan bu zərərvericinin  dediklərinə münasibət bildirməyi mənasız hesab edir. İstədiyini danışsın. Onsuz da özünə haqq qazandırmaq şansı yoxdur. Erməni xalqı onu heç vaxt bağışlamayacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin