Kreml Moldova ilə konstruktiv münasibətlərə ümid edir

Hazırda oxunan: Kreml Moldova ilə konstruktiv münasibətlərə ümid edir

3903

Bizim.Media-nın “RİA Novosti”yə istinadla verdiyi məlumata görə, bu barədə  Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Peskov bildirib ki, ikitərəfli münasibətlər baxımından daha balanslı  yanaşmaya ehtiyac var. “Dodon ilə dialoq davam edir, lakin o bu mövzuda daha konstruktivdir. Biz də bu konstruktivliliyin davam edəcəyini, bununla bağlı müəyyən bir davamlılığın olacağını gözləyirik”.

Peskovun sözlərinə görə hər hansı bir kəskin addımın bütün mənfi nəticələri nəzərə alınacaq.

Qeyd edək ki, Moldovanın yeni prezidenti Maya Sandu bazar ertəsi keçirdiyi mətbuat konfransında, silah anbarlarını qoruyan Rusiya hərbi əməliyyat qrupunun hərbi sursatlar ilə birlikdə  Dnestryanı ərazidən çıxarımalarını təklif edib. O, sülhməramlıların yerinə Dnestryanı bölgədə mülki müşahidəçilərin qalmasını istəyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin