Ermənistan prezidenti: “Bütün sahələrdə böhran hökm sürür”

Hazırda oxunan: Ermənistan prezidenti: “Bütün sahələrdə böhran hökm sürür”

3891

Ermənistan prezidenti Armen Sarkisyan Rusiyanın erməni icmasının bir qrup nümayəndəsi ilə görüşdə maraqlı açıqlamalar verib.

Bizim.Media-nın məlumatına görə Sarkisyan Ermənistanda bütün sahələrdə böhran yaşandığını diqqətə çatdırıb:

“Birincisi demoqrafik müharibədir. 1994-cü ildəki atəşkəsdən sonra əhalidə artım olmayıb. Bir əsgər sərhəddə dayandıqda daim arxadakılara güvənir. Arxasında heç kimin olmaması güclü düşüncəli bir əsgər üçün belə çətindir”.

O, Erməsnitanda milli birliyin olmamasından da gileylənib:

“Bu gün biz Ermənistanda birləşmək əvəzinə bir-birimizə hücum edirik. Birinci Qarabağ müharibəsində könüllülərdən ordu yaratdıq, ancaq müharibənin sonunda nizami ordumuz var idi. O dövrdə ordumuz texnoloji baxımdan Azərbaycan ordusundan daha güclü idi”.

Ermənistan prezidenti  Azərbaycanın müasir ordusunun gücünü də etiraf edib:

“Sonrakı illərdə Azərbaycan güclənmək üçün orduya  çox pul xərclədi, amma biz yenə də keçmişin havası ilə yaşadıq. Onların bu müharibədə pilotsuz təyyarələri var idi, amma bizdə yox idi”.

Ermənistanın siyasi böhrandan yeganə  çıxış yolunu isə Sarkisyan hökumətin istefasında görüb:  

“Bu qədər böyük bir faciənin yaşandığı hər bir ölkədə bir həll yolu var - buna səbəb olan hökumət getməlidir. Əgər siyasətçi güclüdürsə, daha sonra geri qayıda bilər”.

O bildirib ki, böhranı meydandakı insanların sayı ilə qiymətləndirmək olmaz:

“Meydanda ümumiyyətlə, heç kim yoxdusa, o deməkdir ki, böhran yoxdur? Ermənistanda bütün sahələrdə böhran hökm sürür".

Ağanisə Sultan, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin