“Türkiyə istəyərdi ki, ABŞ qoşunları Əfqanıstanı tərk etdikləri kimi Suriya və İraqdan da çıxsınlar”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Bu halda Türkiyə Suriyada ABŞ-ın yerini almaq niyyətindədirmi sualına cavabında Türkiyə lideri deyib:
“İcazə verin açıq və düzgün formada sizə deyim – Biz istənilməyən yerdə heç vaxt qalmayacağıq, bizə şad olmayan yerdə heç vaxt olmayacağıq”.
MÖVZU İLƏ BAĞLI:
ABŞ hərbçiləri Suriyada üç nəfəri güllələdi
Ərdoğan ümid edir ki, Amerika Birləşmiş Ştatları, Rusiya, İran və Türkiyə birlikdə Suriya və İraqa sülh gətirmək üçün birgə işləyə bilər:
“Çünki dünyada sülh qurmaq niyyətindəyiksə, dünyanın bu bölgələrində qalmağın artıq mənası yoxdur, sadəcə bu xalqlara öz qərarlarını qəbul etmək imkanını verə bilərik”.
Bizim.Media