Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 221 nəfər ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Türkiyədə bu gün koronavirusdan ÖLƏNLƏRİN SAYI AÇIQLANDI
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 355 226 nəfər test edilib, onların 27 197-nin koronavirus testi pozitiv nəticə verib, 20 458 nəfər sağalıb.
Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil 107 380 295 peyvənd tətbiq edilib ki, bunun da 85,90 faizi birinci mərhələ vaksinasiya olunanlardır.
Bizim.Media