Bu gün Ermənilər kütləvi şəkildə Ermənistanı tərk edirlər. Son bir ildə artıq 110 min insan Ermənistanda yaşamaqdan imtina edib.
Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bu sözləri "Ermənistan" blokunun deputatı Vahe Akopyan deyib.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan göstəriş verdi: "Bu 4 nəfəri gözdən qoymayın" - ADLAR
“Ermənistandan mühacirət kosmik göstəricilərə çatıb. Əsasən də Zəngəzur (Sünik) bölgəsindən böyük köç başlayıb. Ermənistan hakimiyyəti kəndləri viran qoymağa davam etdiyi üçün, insanlar ümidlərini itiriblər”.
Deputat həmçinin bildirib ki, insanlar ümidsizlikdən yaşadıqları yerləri tərk edirlər. Onun sözlərinə görə, belə getsə gələcək 10 ildə Ermənistanda əhali qalmayacaq.
Bizim.Media