Rusiya Humanitar Mərkəzinin mütəxəssisləri Qarabağda müvəqqəti yaşayan ermənilərə və çoxuşaqlı ailələrə ünvanlı humanitar yardım göstərirlər.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Rusiya Müdafiə Nazirliyi yayıb.
Mənbə yazır ki, yardım Mərkəzin Xankəndidəki ofisinin və Rusiya sülhməramlı kontingentinin qaynar xətti vasitəsilə edilir.
MÖVZU İLƏ BAĞLI:
Rus sülhməramlıları erməniləri yenə Qarabağdakı monastıra gətirdi - VİDEO
“Sülhməramlıların ünvanlı yardım göstərilməsinə fərdi yanaşması var. Hər ailə ilə söhbət aparılır, hansı əmlaka ehtiyacları olduğu öyrənilir. Sakinlərə əsas ehtiyaclar verilir.
Bu siyahıya uşaqlar və böyüklər üçün paltar və ayaqqabı, yuyucu tozlar, qaz sobaları, mətbəx qabları, ərzaq dəstləri, yataq dəstləri, yastıqlar, yorğanlar, şəxsi gigiyena vasitələri, uşaq oyuncaqları, həmçinin fərdi tibbi çantalar daxildir.
Ümumilikdə, 2020-ci ilin noyabr ayından bu günədək Qarabağda ehtiyacı olan 6,5 mindən çox insan Rusiya sülhməramlılarından humanitar və tibbi yardım alıb”, deyə Nazirliyin açıqlamasında bildirilir.
Bizim.Media