Sabiq nazir həyat yoldaşının cəsədinin yanında yaralı tapıldı

Hazırda oxunan: Sabiq nazir həyat yoldaşının cəsədinin yanında yaralı tapıldı

38279

Tuvanın keçmiş Kənd Təsərrüfatı naziri Yuri Tıt-ool Kızıl şəhərindəki mənzilində, həyat yoldaşının cəsədinin yanında yaralı vəziyyətdə tapılıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı bölgənin hüquq-mühafizə orqanlarındakı mənbə RİA Novosti-yə verib.

"O, (Tıt-ool) hazırda reanimasiyadadır, vəziyyəti ağır, amma stabildir",- agentliyin həmsöhbəti bildirib.

RİA Novosti bu məlumatın rəsmi təsdiqini tapmayıb.

Respublika İstintaq Komitəsi 22 sentyabrda, təxminən saat 20 radələrində, Kızıl şəhərinin hüquq-mühafizə orqanlarına yaşadığı mənzildə xarici zorakı ölüm əlamətləri olan ev sahibəsinin cəsədinin tapılması barədə bir mesaj aldığını bildirib.

Onun əri isə sinəsində bıçaq yarası ilə aşkar edilib. Kişi təcili tibb müəssisəsinə yerləşdirilib.

Bu faktla əlaqədar olaraq, Tıva Respublikasında cinayət işi açılıb.

Xatırladaq ki, Tıt-ool 2015-2016-cı illərdə Kənd Təsərrüfatı və Qida naziri vəzifəsində çalışıb. 2019-cu ildə saxtakarlıqdan ümumi rejimli koloniyada 4 il həbs cəzasına məhkum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin