ANAMA Suqovuşana çəkilən magistral yolda təmizləmə işi aparır

Hazırda oxunan: ANAMA Suqovuşana çəkilən magistral yolda təmizləmə işi aparır

3824

"Tərtər Suqovuşan yolunun yenidən qurulması üçün, əraziləri minaladan və partlamamış silah sursatdan təmizlənməsi üçün əməliyyat axtarış tədbirləri davam etdirilir". Bizim Media bildirir ki, bunu ANAMA-nın Operativ Qərərgahın rəisi İdris İsmayılov söyləyib.

İdris İsmayılov deyib ki, artıq burda 10 gündür təmizləmə işi 3 istiqamətdə əllə, mexaniki maşınlarla və minaaxtaran vasitəsilə həyata keçirilir:

"Bu günə kimi 169 ədəd mina və partlamamış hərbi sursat tank əleyhinə və piyada əleyhinə minalar aşkar olunaraq zərərsizləşdirilib. 10 km yoldan artıq 8 km -i təmizlənib. Son 3-4 gün ərzində isə  yerdə qalan hissəsi təmizlənib istifadəyə veriləcək. Ümumiyyətlə, 27 sentyabr tarixindən əməliyyat axtarış tədbirləri nəticəsində 750 ədəd partlamamış hərbi sursat,  4500 ədəd  piyada əleyhinə mina və 2000-ə yaxın tank əleyhinə mina aşkar edilərək götürülüb.

Hazırda  partlamamış silah sursatla çirklənmiş ərazilərdə axtarış davam etdirilir. Ümumi ərazilərin və yaşayış məntəqələrin təmizlənməsi 3-5 ilə tam olaraq bu işlərin  başa çatdırılması isə 10 il müddətində başa çatdırılması nəzərdə tutulur. 10 il dedikdə bu insanların əraziyə qayıtması deyil, bütün mina  problemlərindən tam olaraq azad olunma, ucqar dağlıq ərazilərdə, əkin otlaq sahələrində bunların hamısının təmizlənməsi 10 il müddətində nəzərdə tutulur. İnsanların qayıdışı isə daha tez müddətdə nəzərdə tutulur".

Bizim Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin