Ermənistan parlamentində müxalifətçi iclas zalını tərk etdi - SƏBƏB

Hazırda oxunan: Ermənistan parlamentində müxalifətçi iclas zalını tərk etdi - SƏBƏB

38197

Paşinyan hakimiyyətinə məxsus deputatlar Ermənistan sərhədindəki vəziyyəti müzakirə etməkdən imtina edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “Yerevan․Today Rus” Telegram kanalında yer alıb.

Mənbə yazır ki, həmin an müxalifətçi deputat iclas zalını tərk edib.
 

Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Məsələləri Daimi Komitəsinin iclasında "Hayastan" parlament fraksiyasının deputatı Artur Kazinyan Ermənistan sərhədindəki vəziyyəti müzakirə etməyi təklif edib, lakin hakimiyyətin deputatları o təklifi rədd ediblər.


Cavab olaraq Kazinyan iclas salonunu tərk edib. Bu isə Daimi Komitənin sədri, Paşinyanın “Vətəndaş müqaviləsi” partiyasının deputatı Andranik Köçəryanı bərk qəzəbləndirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin