Azərbaycana məxsus qırıcı təyyarələri “Türk ulduzları” birlikdə İstanbul boğazı üzərində hava şoularında iştirak edib.
Bizim.Media xəbər verir ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin 2 ədəd “MiQ-29” qırıcı təyyarəsi uçuşlar həyata keçirib.
Festivalın davam etdiyi müddətdə “solotürk” və “Türk Yıldızları”nın nümunəvi uçuşları davam edəcək.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan və Türkiyə hərbçiləri bir arada - F-16-ların uçuşları - FOTO
Qeyd edək ki, Azərbaycan HHQ-nin bir qrup heyəti və aviasiya vasitələri “Texnofest-2021” festivalına qatılmaq üçün İstanbula gedib.
Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 qırıcı təyyarəsi festival müddətində İstanbul üzərində nümunəvi uçuşlar keçirəcək. Tədbir sentyabrın 26-dək davam edəcək.
Bizim.Media